Bakı. Trend:
"Formula-1" üzrə dünya çempionatında iştirak edən "Alpin" komandasının əməkdaşları bu gün Fransada etiraz aksiyası keçirəcəklər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, onlar "Renault"un Viri-Şatiyondakı motor proqramının bağlanmasına etiraz edəcəklər.
Məlumata görə, aksiya "Renault"un baş ofisində gerçəkləşəcək.
Daha əvvəl "Renault"un İdarə Heyətinin sədri Luka de Meo "Alpin" komandasının daha səmərəli idarə edilməsinə və Viridə mühərrik istehsalına nail olmaq niyyətində olduğunu bildirib. Bu baxımdan "Alpin" üçüncü tərəf mühərriklərinə, məsələn, "Mercedes"ə keçə bilər.
Bu, "Alpin" həmkarlar ittifaqının kəskin reaksiyasına səbəb olub.