Bakı. Trend:
Sentyabrın 18-də Ermənistanın “Zvartnots” hava limanında əlbəyaxa dava baş verib.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, İrəvan-Moskva reysinə minərkən sərnişinlə aviaşirkətlərdən birinin 2 əməkdaşı arasında mübahisə düşüb. Həmin vaxt onlar bir-birini təhqir edərək vurublar.
Ermənistan DİN-in polis bölməsindən verilən məlumata görə, mübahisənin hər 3 iştirakçısı tutularaq hazırlanmış sənədlərlə birlikdə istintaq idarəsinə təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.