...

Boliviyada yanğınlar 10 milyon hektardan çox bitki örtüyünü məhv edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 08:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boliviyada yanğınlar 10 milyon hektardan artıq ərazini əhatə edib.

Trend xəbər verir ki, bu barədə Fundación Tierra qeyri-hökumət təşkilatı məlumat yayıb.

"Yanğınlar 10,1 milyon hektardan artıq ərazini məhv edib və bu rəqəm son illərin bütün rekordlarını ötüb. Ümumi ərazinin 5,8 milyon hektarını (58%) meşələr təşkil edir," - deyə hesabatda qeyd olunur.

Yanğınlardan ən çox Beni və Santa Cruz departamentləri zərər görüb. Ekspertlər bildirirlər ki, hazırda bir neçə yanğın aktiv olaraq qalır və quru hava şəraitinin daha bir neçə həftə davam edəcəyi gözlənilir, buna görə də yanğınlardan təsirlənən ərazilər daha da genişlənəcək.

Bazar ertəsi yanğınların yaratdığı tüstü səbəbindən Boliviyanın Santa Kruz de la Sierra şəhərində yerləşən ən böyük hava limanının fəaliyyəti bir neçə saat ərzində dayandırılıb.

Xəbər lenti

Xəbər lenti