Bakı. Trend:
Türkiyə BRİKS-ə qoşulmaq üzrə işlərini davam etdirir və tezliklə onun nəticələri barədə təşkilata məlumat verəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda "İyirmilik Qrupu"nun (G20) sammitində iştirakından sonra deyib.
"Biz BRİKS-ə qoşulmaq üçün işimizi davam etdiririk, bu işi başa vurduqdan sonra nəticələri təşkilata bildirəcəyik", - deyə o bildirib.
Bundan əvvəl Türkiyənin ticarət naziri Ömər Bolat respublikanın BRİKS-dən tərəfdaş dövlət, birliyin assosiativ üzvü olmaq təklifi aldığını bildirmişdi.