...

Husilər Ədən körfəzində ABŞ-nin iki esminesinə hücum etdiyini açıqlayıblar

Dünya xəbərləri Materials 10 Dekabr 2024 21:58 (UTC +04:00)
Husilər Ədən körfəzində ABŞ-nin iki esminesinə hücum etdiyini açıqlayıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, husilər "hərbi əməliyyat keçirərək, Cibuti limanını tərk etdikdən sonra Amerikanın üç təchizat gəmisinə hücum ediblər". Yəmənli üsyançılar həmçinin "Ədən körfəzində təchizat gəmilərini müşayiət edən iki ABŞ esminesinə" hücum ediblər.

"Əməliyyat raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və <...> məqsədinə uğurla nail olub", - deyə husilərin nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti