...

Serbiyanın baş naziri istefa verdi

Dünya xəbərləri Materials 28 Yanvar 2025 14:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Vuçeviç ölkədə tələbələr arasında meydana gəlmiş etiraz dalğası və daxili siyasi vəziyyətin gərginləşməsi fonunda belə bir addım atmağa qərar verib.

Məlumata görə, ölkə prezidenti Aleksandr Vuçiç yaranmış vəziyyətlə əlaqədar növbədən kənar mətbuat konfransı keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 1-də Novi-Sadda baş vermiş faciədən sonra Belqradda mütəmadi olaraq tələbələrin etiraz aksiyaları keçirilir.

Xatırladaq ki, dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər həyatını itirib və üç nəfər ağır yaralanmışdı. Tələbələr hadisəyə cavabdeh olan şəxslərin cəzalanmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti