...

Netanyahu ABŞ-nin Qəzzaya qoşun göndərməsinə “yox” dedi

Dünya xəbərləri Materials 6 Fevral 2025 09:14 (UTC +04:00)
Netanyahu ABŞ-nin Qəzzaya qoşun göndərməsinə “yox” dedi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyasının HƏMAS hərəkatı ilə mübarizə üçün Qəzzaya amerikalı əsgərləri göndərməsinə ehtiyac yoxdur, bu, İsrailin işidir.

Trend xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

“Mən düşünmürəm ki, o (ABŞ prezidenti Donald Tramp – red.) HƏMAS-ın məhv edilməsi üzrə tapşırığın yerinə yetirilməsi üçün Amerika qoşunlarının göndərilməsini nəzərdə tuturdu. Bu, bizim öhdəliyimizdir. Bu, bizim işimizdir, və biz bu işə tam olaraq sadiqik”, - deyə o bildirib.

İsrailli baş nazirin sözlərinə görə, Tramp öz çıxışında heç Qəzzanın gələcəyi ilə bağlı maliyyəşməni belə nəzərdə tutmayıb, o, sadəcə Qəzzanın bərpası ilə zəngin qonşu dövlətlərin məşğul olacağını bildirib.

“Əslində, ideya belədir ki, Qəzzanı tərk etmək istəyən sakinlərə belə bir şərait yaradılsın. Bunun nəyi pisdir ki? Onlar (Qəzzadan) gedib sonra qayıda bilərlər, köçüb yenidən geri dönə bilərlər”, - deyə İsrail baş naziri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti