...

Almaniyada sürücü avtomobili izdihamın üzərinə sürdü - yaralananlar var

Dünya xəbərləri Materials 13 Fevral 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Münhen şəhərində naməlum şəxs idarə etdiyi “Mini Cooper” avtomobilini etiraz aksiyası keçirən nümayişçilərdən ibarət izdihamın üzərinə sürüb.

Trend xəbər verir ki , bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, insident nəticəsində azı 15 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım dəstələri göndərilib.

Qeyd edilir ki, insidentdən əvvəl küçədən atəş səsləri gəlib. Avtomobilin sürücüsü artıq həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti