Bakı.Trend:
ABŞ-nin Texas ştatınının qərbində güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa- Aralıq Dəniz Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,2 gücündə zəlzələnin episentri Texasın Odessa şəhərindən 168 kilometr cənub-qərbdə qeydə alınıb. Şəhərdə 118 minə yaxın insan yaşayır. Zəlzələnin yeraltı ocağı isə 8 kilometr dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.