Bakı. Trend:
Fransa Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün fevralın 19-da bir həftə ərzində Avropa İttifaqı (Aİ) liderlərinin ikinci iclasını çağıracaq.
Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər verib.
,Fevralın 17-də Fransa prezidenti Emmanuel Makron artıq Yelisey sarayında Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Hollandiya və Polşanın hökumət başçıları, həmçinin Avropa Şurasının sədri Antonio Kosta, AK prezidenti fon der Leyen və NATO-nun baş katibi Mark Rutte ilə qeyri-rəsmi fövqəladə toplantı keçirib.
Söhbət Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında diplomatik təmaslara birgə reaksiya ilə bağlı olub.
Bildirilib ki, Makron ikinci qrup ölkələri dəvət edir. Bu dəfə söhbət Belçika, Yunanıstan, Latviya, Litva, Norveç, Rumıniya, Finlandiya, Çexiya, İsveç, Estoniyadan gedir. Kanada da dəvətlidir. Bəzi liderlər videobağlantı vasitəsilə görüşdə iştirak edəcəklər.