Bakı.Trend:
NASA alimləri “2024 YR4” asteroidinin Yer planeti ilə toqquşma ehtimalını yenidən yüksəldib.
Trend xəbər verir ki, ABŞ kosmik agentliyinin Yerə yaxınlaşan obyektlərin tədqiq olunması üzrə Mərkəzi mümkün trayektoriyaların və başqa faktorların təhlilindən sonra ehtimal faizini 3.1 faizə qaldırıb.
Bundan əvvəl, təxminən doxsan metr ölçüdə olan asteroidin 2032-ci ildə Yerlə toqquşma ehtimalı 2,3 faiz qiymətləndirilirdi.