...

ABŞ "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib

Dünya xəbərləri Materials 19 Fevral 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə komandanlığının rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, ballistik raket Kaliforniyanın Vanderberq bazasından bu gün buraxılıb.

Qeyd edək ki, Minuteman III 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan qitələrarası ballistik raketdir. Üçmərhələli, bərk yanacaqla işləyən və bir neçə döyüş başlığı daşıya bilən raketdir. Uçuş məsafəsi 13,000 km-dən çox, sürəti 24,000 km/saatdan artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti