Bakı. Trend:
Danimarka hökuməti Ukraynaya humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 405 milyon kron (56,81 milyon dollar) ayırıb.
Trend-in məlumatına görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, BMT-nin hesablamalarına görə, 2025-ci ildə demək olar ki, 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq ki, bu da Ukraynanın hazırkı əhalisinin üçdə birindən çoxu deməkdir.
2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro və mülki yardım üçün təxminən 709 milyon avro ayırıb.