...

Tramp Zelenski ilə nadir torpaq metalları haqqında sazişin imzalanma tarixini açıqladı

Dünya xəbərləri Materials 26 Fevral 2025 23:11 (UTC +04:00)
Tramp Zelenski ilə nadir torpaq metalları haqqında sazişin imzalanma tarixini açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp fevralın 28-də Ukrayna ilə ölkənin nadir torpaq metallarının birgə çıxarılmasına dair saziş imzalamaq niyyətində olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Donald Tramp Vaşinqtonda Amerika administrasiyasının iclası zamanı deyib.

"Zelenski bura cümə günü gələcək. Bu məlumatlar təsdiqlənib. Biz böyük bir müqavilə imzalayacağıq. Bu, nadir torpaq metallarına və digər şeylərə aiddir", - deyə o bildirib.

"Biz Rusiya, Ukrayna ilə yaxşı işləməyi bacarırıq", - deyə ABŞ prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti