Bakı. Trend:
Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə özünün "X" səhifəsində Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yazıb.
"İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Baş Prokurorluğunun apardığı istintaqla bağlı dünən gecə saatlarında İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında 343 şübhəli saxlanılıb.
İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt fürsət verilməyəcək və qətiyyən göz yumulmayacaq. Asayişimizin, təhlükəsizliyimizin qarantı olan polis əməkdaşlarımız gecə-gündüz iş başındadırlar", - deyə o bildirib.
Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb. Bundan sonra ölkənin bir sıra yerlərində etiraz aksiyaları başlayıb.