...

İran ABŞ ilə danışıqlara hazırdır - Arağçı

Dünya xəbərləri Materials 24 Mart 2025 15:20 (UTC +04:00)
İran ABŞ ilə danışıqlara hazırdır - Arağçı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika prezidenti Donald Trampın təhdidləri və maksimal təzyiq siyasəti ucbatından Tehranla Vaşinqton arasında birbaşa dialoq imkanı olmayana qədər, İran ABŞ ilə vasitəli danışıqlara hazırdır.

Trend xəbər verir ki, belə bir bəyanat İranın XİN rəhbəri Abbas Arağçıdan gəlib.

"Bu məsələdə mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti altında, hər gün səsləndirilən hədələr fonunda ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Qarşı tərəfin İran və İran xalqına münasibətində dəyişiklik baş verməyənədək, biz birbaşa dialoq aparmayacağıq.

Bununla belə, vasitəli danışıqlar üçün yol açıqdır", - deyə Arağçı CNN telekanalının efirində vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti