Bakı. Trend:
İnsanların düşündüklərinin əksinə olaraq, biz varlı deyilik.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Fransanın “Societe Generale” bankının etiraz nümayişinə çıxan əməkdaşları səsləndiriblər.
Məlumata görə, Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) məlumatına görə, 1990-cı ildən bəri ilk dəfə olaraq həmkarlar ittifaqları milli tətil günü elan edib.
Tətilçilər 2024-cü ildə qrupun 4 milyard avro qazanc əldə etdiyini nəzərə alaraq, hazırkı vəziyyəti qəbul etməyin çətin olduğunu vurğulayıblar.
2023-cü ildə bu bankın “Crédit du Nord” bankı ilə birləşməsi 3700 iş yerinin ixtisarına və 600 filialın bağlanmasına səbəb olub. Bütün bunlar şirkət daxilində xüsusilə narahat mühit yaradıb.