Bakı. Trend:
Dünyanın ən böyük donoru olan ABŞ dövlət xərclərini azaltmaq səyləri çərçivəsində 2025 və 2026-cı illər üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ödənişlərini dayandırır.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ rəsmisi martın 4-də ÜTT-nin büdcə iclasında deyib ki, 2024 və 2025-ci il büdcələrinə ödənişlər beynəlxalq təşkilatlara bu vəsaitlərə yenidən baxılana qədər dayandırılıb.
Qeyd edilib ki, yenidən baxılmanın vaxtı hələ təyin edilməyib. Üçüncü mənbə bildirib ki, ÜTT maliyyələşmədə uzun fasilə olduğu halda “B planı” hazırlayır.