Bakı. Trend:
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bu yay Madridin “Real” klubuna qayıda bilər.
Trend xəbər verir ki, bu haqda “Sky Sports” məlumat yayıb.
Nəşrin mənbəsi bildirir ki, hazırda “Əl-Nəsr” klubu üçün top qovan 40 yaşlı forvard 2025-ci ildə keçiriləcək klublar arasında dünya çempionatında iştirak etmək istəyir. FİFA iyunun əvvəlindən etibarən xüsusi transfer pəncərəsi açacaq və bu müddət ərzində Ronaldo “Real”la bir turnirlik qısamüddətli müqavilə bağlamağı hədəfləyib.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvar ayında ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və yerli “Əl-Nəsr” klubunun sıralarına qatılıb.