Bakı.Trend:
Argentinada büdcə ixtisarlarına etiraz olaraq keçirilən ümumilli tətil paytaxt Buenos Ayres və digər şəhərlərdə ictimai nəqliyyatın hərəkətini iflic edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ictimai nəqliyyat sektoru işçilərinin iş yerinə gəlməməsi ucbatından hava limanlarında bütün ölkədaxili uçuşlar təxirə salınıb, metro və qatar reysləri qeyri-müəyyən müddətə dayandırılıb.
Nəqliyyat problemlərinə görə, əksər satış və xidmət nöqtələri də fəaliyyətini müvəqqəti dayandırmalı olub.