Bakı. Trend:
Argentina prezidenti Xavyer Miley tarifləri ləğv etmək üçün ABŞ ilə ticarət sazişi imzalamaq istəyini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə X.Miley ABŞ-nin maliyyə naziri Skot Bessent ilə görüşündən sonra deyib.
"Biz prezident Donald Trampın hazırladığı qarşılıqlı tariflərlə bağlı təklifi başa düşürük və bu istiqamətdə həm ABŞ, həm də Argentina üçün faydalı olacaq ticarət sazişi imzalamağa hazırıq" - deyə o S.Bessenti ilə birgə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Amerika administrasiyasının gördüyü tədbirlər “uzun illər davam edən ticarət balanssızlığından” sonra dünya ticarəti üçün daha ədalətli şərait yaratmağa yönəlib. O, həmçinin Argentinanın "ABŞ-ın regionda etibarlı müttəfiqi olmaq niyyətində olduğunu" bildirib.