Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-ın Afrikadakı səfirliklərinin fəaliyyətinin azaldılması ilə bağlı sərəncam imzalaya bilər.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
Məlumata əsasən, sərəncam Dövlət Departamentinin köklü şəkildə yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.
Bildirilib ki, sərəncamda həmçinin iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları ilə məşğul olan büronun ləğvi ilə bağlı məlumatlar da yer alıb.
Qeyd olunub ki, ən ciddi dəyişiklik Afrika ölkələrində siyasətə nəzarət edən departamentin ləğvi olacaq. Onu Ağ Evin Milli Təhlükəsizlik Şurasına hesabat verəcək ABŞ-nin Afrika məsələləri üzrə xüsusi elçisinin ofisi əvəz edəcək.