Bakı. Trend:
ABŞ-də qeyri-qanuni miqrantlar ölkəni könüllü olaraq tərk etdiklərinə görə 1000 dollar alacaqlar.
Trend-in məlumatına görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirib.
"Özünü deportasiya etmək üçün "CBP Home App" tətbiqindən istifadə edən hər hansı qeyri-qanuni miqrant 1000 dollar təqaüd da alacaq", - deyə qeyd olunub.
Məbləğ miqrantın öz ölkəsinə qayıtmasını ərizə vasitəsilə təsdiq etdikdən sonra ödəniləcək.