...

"X" sosial şəbəkəsinin işində problemlər yaranıb

Dünya xəbərləri Materials 24 May 2025 18:43 (UTC +04:00)
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə ölkədə "X" sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə internet resurslarının işinə nəzarət edən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, istifadəçilərin 69%-i saytın işindən şikayət edir, 24%-i proqramda nasazlıqlar olduğunu qeyd edir, digər 8%-i isə serverlərə qoşulmaqda çətinlik çəkir.

Bildirilib ki, ABŞ-də təxminən 25,8 min istifadəçi problemlər barədə məlumat veriblər. Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də nasazlıqlar qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti