Bakı. Trend:
Şimali Koreya hüquq-mühafizə orqanları mayın 21-də esminesin buraxılması ilə bağlı qəzaya görə Çxondjin tərsanəsinin üç əməkdaşını həbs ediblər.
Trend-in məlumatına görə, bu barədə Korea Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Mayın 24-də xüsusi qrup insidentlə bağlı araşdırmanın aralıq nəticələrini Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasına təqdim edib. Tərsanənin baş mühəndisi Kan Çon Çxol, gəminin gövdəsinin tikintisi sexinin rəhbəri Han Qyon Hak və inzibati işlər üzrə direktor müavini Kim Yon Hak həbs edilib. Bundan əvvəl tərsanəтшт direktoru hüquq-mühafizə orqanlarına çağırılıb.