Bakı. Trend:
Üç ilə yaxın şərəfini qoruduğu “Əl-Nasr” klubu ilə müqaviləsi başa çatmış portuqalıyalı ulduz futbolçu Kriştiano Ronaldo gələcəkdə hansı klubda oynayacağına aydınlıq gətirib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Portuqaliyalı futbolçu bir sıra futbol klubları ilə danışıqlar aparırır. O, idman mediasında və sosial şəbəkələrində dolanan iddialara nöqtə qoyub. Belə ki, Ronaldo verdiyi açıqlamada “Əl-Nəsr” klubu ilə yeni müqavilə bağlayacağını bəyan edib.
Qeyd edək ki, "Əl-Nəsr" klubu ilə 105 dəfə yaşıl meydanlara çıxan Ronalda bu müddət ərzində 93 qol vurub, 19 dəfə məhsuldar ötürmə ilə seçilib.