Bakı. Trend:
Los-Anceles gecə iğtişaşlardan sonra vəziyyət normallaşır.
Trend-in məlumatına görə, bu barədə Los-Anceles Dairə Şurasının sədri Hilda Solis bildirib.
"Bu, dağıntı və xaos səbəbindən insanların evakuasiya edilməli və ya şəhəri tərk etməli olduğu fövqəladə vəziyyət idi. İndi bu tələb ləğv edilib", - deyə o qeyd edib. Onun sözlərinə görə, şəhərin əsas magistral yolları və çıxışları bağlı qalır, lakin sakinlər tədricən işə qayıdırlar.
Dairə Şurasının sədri etirazçıları sakit olmağa çağırıb.
“Bizə hər şeyin fərq etmədiyini, bir-birimizə və şəhərimizə zərər verməyə hazır olduğumuzu iddia edən ritorikaya aldanmayın. Biz bunu istəmirik. Biz sülhü qorumaq istəyirik”, – deyə H.Solis bildirib.