Bakı. Trend:
Boliviya prokurorluğu ölkə hökumətinin keçmiş prezident Evo Moralesə qarşı terrorizmdə ittiham edərək verdiyi şikayəti qəbul edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş prokuroru Roxer Mariaka deyib.
"Baş Prokurorluq obyektivlik və müstəqillik prinsiplərinə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən bir neçə cinayət faktı üzrə verilmiş bu bəyanatın qəbul edilməsi barədə qərar qəbul edib", - deyə o bildirib.
Bundan əvvəl Boliviyanın ədliyyə və institusional şəffaflıq naziri Sezar Siles bildirib ki, hökumət sabiq prezidentı terrorizmdə, cinayət törətməyə ictimai təhrikdə, nəqliyyatın təhlükəsizliyinə qəsddə, məhkəmə qərarlarına tabe olmamaqda, ictimai əmlakın dağıdılmasında və seçki prosesinə mane olmaqda ittiham edərək ona qarşı prokurorluğa şikayət edib.