...

Haaqada bu səbəbdən dronların uçuşuna qadağa qoyulub

Dünya xəbərləri Materials 10 İyun 2025 19:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandda NATO sammiti zamanı Haaqa ətrafında 16 kilometrdən çox radiusda polis dronları istisna olmaqla, bütün pilotsuz uçuş aparatlarının uçuşuna qadağa qoyulub.

Trend bu barədə Niderland hökumətinin rəsmi saytına istinadən xəbər verir.

“Sammitin keçiriləcəyi Haaqa ətrafında 16 kilometrdən çox radiusda çəkisi və ya tipindən asılı olmayaraq dronların uçuşuna tam qadağa qoyulacaq”, – bəyanatda bildirilir.

Qeyd edilir ki, dronların uçuşuna Sxiphol və Rotterdam-Haaqa hava limanları ərazisində də icazə verilmir. Haaqada uçuş qadağası 18 iyundan 25 iyunadək, hava limanları ərazisində isə 23 iyundan 25 iyunadək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti