...

ABŞ-nin daha bir ştatına milli qvardiya yeridilib

Dünya xəbərləri Materials 11 İyun 2025 11:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Asayiş və qayda-qanuna nəzarət məqsədilə bütün Texas ştatı ərazisinə Milli Qvardiya qoşunları səfərbər olunub.

Trend xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Ebbot öz “X” səhifəsində yazıb.

“Dinc aksiya qanunidir. İnsanlara və ya əmlaka ziyanın vurulması qanunsuzdur və həbslə nəticələnir. Milli Qvardiya asayişin qorunmasında hüquq-mühafizə orqanlarına dəstək olmaq üçün bütün vasitələrdən və strategiyalardan istifadə edəcək”, - deyə o yazıb.

Qeyd edək ki, Kaliforniya ştatının (Los-Anceles) ardınca Texasda da Tramp administrasiyasının miqrasiya siyasəti ilə əlaqədar kütləvi etirazlar baş qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti