Bakı. Trend:
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus qırıcının Dəkkənin mərkəzində yerləşən məktəb binasına çırpılması nəticəsində həyatını itirənlərin sayı 27 nəfərə çatıb. Qurbanların 25-i azyaşlı uşaqlardır.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Çin istehsalı olan “F-7 BJI” qırıcısının təlim uçuşu zamanı baş vermiş faciə ölkə tarixinin ən qanlı aviaqəzlarından hesab olunur.
Qurbanların əksəriyyəti dərsdən yeni çıxmış şagirdlər olub. Ümumilikdə 170-dən çox insanın xəsarət aldığı deyilir.
“İndiyədək 27 nəfərin öldüyü təsdiqlənib. Onlardan 25-i uşaq, biri isə pilotdur... Hazırda müxtəlif xəstəxanalarda 78 nəfər müalicə alır”, – Səhiyyə və Ailə Rifahı Nazirliyinin rəsmisi Səyyidur Rəhman deyib