...

Netanyahu Trampla Qəzzanı müzakirə edib

Dünya xəbərləri Materials 11 Avqust 2025 00:44 (UTC +04:00)
Netanyahu Trampla Qəzzanı müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, əsas mövzusu İsrailin Qəzza zolağı ilə bağlı gələcək fəaliyyət planları olub.

Bildirilib ki, Netanyahu və Tramp müharibəyə son qoymaq, girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza zolağında qalan HƏMAS-ın dayaq məntəqələrini ələ keçirmək planlarını müzakirə ediblər.

"Baş nazir müharibə başlayandan bəri İsrailə göstərdiyi davamlı dəstəyə görə prezident Trampa təşəkkür edib", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti