...

Türk lirəsi yeni tarixi rekorda imza atıb

Dünya xəbərləri Materials 13 Avqust 2025 13:55 (UTC +04:00)
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 13-də keçirilən ticarət sessiyasında türk lirəsinin məzənnəsi yeni tarixi rekorda imza atıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ticarət sessiyasının əvvəlindən etibarən lirə 0.09% dəyər itirərək dollar qarşısında 40.74 səviyyəsinə düşüb. Ən aşağı göstəriciyə görə, 1 ABŞ dolları 40.7455 lirəyə bərabər olub.

Son bir həftə ərzində türk lirəsinin məzənnəsində 0.15%-lik eniş qeydə alınıb.

İllik müqayisədə isə valyuta 21%-dən çox zəifləyib.

Qeyd edək ki, beş il öncə dollar cəmi 7.3 lirəyə dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti