Bakı. Trend:
İsraildə ölkənin vəzifəsindən istefa vermiş baş hərbi vəkili general-mayor İfat Tomer-Yerușalm saxlanılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun fələstinli məhbusların zorlanması ilə bağlı videonun sızdırılmasında şübhəli bilindiyi bildirilir.
Tomer-Yerușalmı ilə yanaşı, eyni “məlumat sızması” işi üzrə şübhəli qismində keçən keçmiş baş hərbi prokuror Matan Solomoş da saxlanılıb. Hər iki şəxs yaxın zamanda Tel-Əviv məhkəməsi qarşısına çıxarılacaq.
Qeyd edək ki, Tomer-Yerușalmı bir neçə gün əvvəl istefa ərizəsini təqdim etmişdi.
