...

Romada orta əsrlərə aid tarixi binanın bir hissəsi uçub

Dünya xəbərləri Materials 3 Noyabr 2025 18:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya paytaxtının mərkəzində, məşhur Roma Forumu viranəlikləri yaxınlığında yerləşən orta əsrlərə aid bir qüllə restovrasiya işləri zamanı qismən uçub. Hadisə nəticəsində azı bir fəhlə ağır yaralanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yerli medianın yazdığına görə, yüzlərlə turist yanğınsöndürənlərin nərdivan vasitəsilə qüllənin yuxarı mərtəbəsinə qalxaraq fəhlələri təxliyə etməsini kənardan izləyib. Üç fəhlə xilas edilib, bir nəfər isə hələ də qüllənin içərisindədir.

"Torre dei Conti" adlanan bu qüllə XIII əsrdə Roma Papası III İnnokenti tərəfindən ailəvi iqamətgah kimi inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti