Bakı. Trend:
Çin Estoniya ilə yaxşı münasibətlərinin olmağını istəyirsə Rusiyaya dəstəyi dayandırmalıdır.
Trend xəbər verir ki, bunu Estoniyanın XİN rəhbəri Marqus Tsaxna bildirib.
“Əsas vəzifəm Çin xarici işlər nazirinə bildirmək idi ki, Rusiya Avropa və Estoniyanın mövcudluğuna təhlükəsi yaradır. Mən ona xatırlatdım ki, Çin olmasa, Rusiya Ukraynaya qarşı təcavüzü həyata keçirə bilməzdi. Rəqəmlər bunu təsdiqləyir və Rusiyanın iqtisadi və siyasi nəzarətinin kimin əlində olduğunu açıq şəkildə demək lazımdır. Əgər Çin Estoniya ilə yaxşı münasibətlər saxlamaq istəyirsə, bu məsələlər həll edilməlidir”, - Tsaxna bildirib.
Qeyd edək ki, Estoniyalı nazir Tsahkna keçən həftə Çinə rəsmi səfərdə olub – bu, son 10 ildə Estoniya xarici işlər nazirinin bu ölkəyə ilk səfəri idi.
