...

Gürcüstanın keçmiş baş nazirinə qarşı cinayət işi açılıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 15:51 (UTC +04:00)
Gürcüstanın keçmiş baş nazirinə qarşı cinayət işi açılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan baş prokurorluğu ölkənin keçmiş baş naziri Georgi Qaxariyaya (2019-2021-ci illərdə baş nazir olub -red.) qarşı cinayət işi açıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş prokuroru Georgi Qvarakidze keçirdiyi brifinqdə deyib.

“Gürcüstan prokurorluğu Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyaya qarşı cinayət təqibinə başlayıb. Cinayət işi 2019-cu ilin 20-21 iyun tarixlərində olmuş ictimai epizodlarla, eləcə də Çorçan kəndindəki (etiraz aksiyaları –red.) hadisə ilə bağlıdır”,- deyə Qvarakidze bildirib.

Qeyd edilir ki, məhkəmədə Qaxariyanın günahı sübuta yetiriləcəyi təqdirdə onu 13 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti