...

Bu ölkədə gələn il aviareyslərin sayı xeyli azalacaq

Dünya xəbərləri Materials 12 Noyabr 2025 19:34 (UTC +04:00)
Bu ölkədə gələn il aviareyslərin sayı xeyli azalacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Almaniyada aviareyslərin sayında ciddi azalmaların olacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, “Lufthansa”, “Eurowings”, “Ryanair” və digər hava şirkətləri artan vergilər, əlavə rüsumlar və aşağı rentabelliklə əlaqədar daxili və beynəlxalq reyslərin bir hissəsini ləğv edəcək. “Lufthansa” daxili uçuşlarda ciddi azalmalar planlaşdırır. Həftədə Frankfurt və Münxen mərkəzli 50 uçuş dayandırılacaq, Frankfurt-Tuluza və Münxen-Tallin marşrutları isə tamamilə ləğv ediləcək.

Bremen, Drezden, Köln, Leypziq, Münster, Nürnberq və Ştutqart kimi kiçik hava limanlarında da uçuşların azaldılması gözlənilir. “Ryanair” isə qış planı çərçivəsində Almaniyada 9 hava limanı üzrə 24 marşrutu ləğv edib, Hamburqda uçuşları 60 faiz azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti