...

Maneələrə baxmayaraq Aİ-yə tam üzvlük prioritetimiz olaraq qalır - Ərdoğan

Dünya xəbərləri Materials 1 Dekabr 2025 20:49 (UTC +04:00)
Maneələrə baxmayaraq Aİ-yə tam üzvlük prioritetimiz olaraq qalır - Ərdoğan

Bakı. Trend:

Qarşımıza çıxan maneələrə baxmayaraq Avropa İttifaqına tam üzvlük strateji prioritetimiz olaraq qalır.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini vurğulayaraq, regionda ticarət gəmilərinin hədəf alınmasının vəziyyəti daha da təhlükəli hala gətirdiyini diqqətə çatdırıb.

Türkiyə prezidenti Xüsusi İqtisadi Zonada baş verən hücumları qəbuledilməz adlandıraraq deyib:

“Xüsusilə öz bölgəmizdə naviqasiya, insan həyatı və ətraf mühit təhlükəsizliyini təhdid edən bu hücumları heç bir şəkildə məqbul görə bilmərik.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti