...

ABŞ Dövlət Departamenti Ər-Riyada helikopterlərin texniki xidmət yardımını təsdiqləyib

Dünya xəbərləri Materials 2 Dekabr 2025 04:12 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Ər-Riyada helikopterlərin texniki xidmət yardımını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına pilot təlimi, helikopterlərin texniki xidməti və digər logistika dəstəyi üçün 1 milyard dollarlıq mümkün yardımı təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi xəbər verib.

Məlumata əsasən, Dövlət Departamenti Səudiyyə Ərəbistanına helikopter pilotlarının təlimi və əlaqəli avadanlıqlar üçün 500 milyon dollarlıq xidmət göstərilməsini təsdiqləyib. Söhbət "AH-64E Apache", "CH-47F Chinook", "UH-72A Lakota", "UH-60L Black Hawk" və "UH-60M Black Hawk" helikopterlərindən gedir.

ABŞ həmçinin Krallığa müxtəlif növ helikopterlər üçün təxminən 500 milyon dollar dəyərində texniki xidmət göstərilməsi üçün razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti