Bakı. Trend:
İsrailə yaxın zamanda Qəzzada həlak olmuş əsirlərin meyit qalıqlarının növbəti hissəsi təhvil veriləcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, qalıqlar İsrail tərəfinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən təhvil veriləcək. Daha sonra onlar ekspertiza üçün Təl-Əvivdəki Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndəriləcək.
Hazırkı mərhələdə Qəzzada həlak olmuş iki girovun meyiti qalmaqdadır. Netanyahunun ofisinin bəyanatında hər iki şəxsin, yoxsa onlardan birinin nəşinin təhvil veriləcəyi açıqlanmayıb.
