...

Avropa İttifaqında Rusiya qazından imtina ilə bağlı razılaşma əldə olunub

Dünya xəbərləri Materials 3 Dekabr 2025 09:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti və Avropa İttifaqı Şurası Rusiyanın təbii qazının idxalında mərhələli şəkildə imtinanın reqlamenti ilə bağlı ilkin razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında dərc olunmuş pres-relizdə qeyd olunur.

Danimarkanın İqlim, energetika və kommunal xidmətlər naziri Lars Oqard bunu bütün Avropa üçün böyük qələbə kimi qələmə verib.

“Biz Avropa İttifaqının Rusiya qazından asılılığına son qoymalıyıq və onun Aİ-yə daimi qadağan olunması doğru istiqamətdə atılmış mühüm addımdır”, - deyə o bildirib.

Bu reqlament, Avropa İttifaqının Rusiyadan enerji daşıyıcılarının idxalını dayandırmağa yönəlmiş “REPowerEU” yol xəritəsinin əsas elementidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti