Bakı. Trend:
ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq potensial sursat, o cümlədən hava bombaları və əlaqəli logistika satışını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi xəbər verib.
Məlumata əsasən, Kanada hakimiyyəti bundan ABŞ-dən, xüsusən də BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif əlaqəli avadanlıqlar, eləcə də təlim sursatları istəyib.
Sənəddə vurğulanıb ki, "təklif olunan satış NATO müttəfiqinin döyüş qabiliyyətini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq".