...

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə salınır

Dünya xəbərləri Materials 24 Dekabr 2025 12:50 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın "TEPCO" şirkəti 2026-ci il yanvarın 20-də dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın birinci enerji blokunu qismən yenidən işə salacaq.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Tomiaki Kobayakava məlumat verib.

Şirkət rəhbəri qeyd edib ki, Niigata prefekturasında keçirilən assambleya zavodun yenidən fəaliyyətə başlamasına icazə verib.

Tomiaki Kobayakava bildirib:

“Fukuşima qəzasına görə məsuliyyət daşıyan bir şirkət kimi keçmişdən dərs alaraq, bu dəfə təhlükəsizliyi əsas prioritet olaraq qoruyacağıq və 14 ildən sonra yenidən işə başlamağa qərarlıyıq”.

Qeyd edək ki, bu addım 2011-ci ildə baş verən və Fukuşima Daiiçi reaktorunun partlaması ilə nəticələnən nüvə qəzasından sonra "TEPCO"nun ilk belə təşəbbüsüdür.

Tokiodan 220 kilometr şimal-qərbdə yerləşən Kaşivazaki-Kariva stansiyası həmin qəza zamanı bağlanan 54 reaktordan biri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti