...

İki məsələdə Trampla orta məxrəcə gələ bilmədik - Zelenski

Dünya xəbərləri Materials 29 Dekabr 2025 15:51 (UTC +04:00)
İki məsələdə Trampla orta məxrəcə gələ bilmədik - Zelenski
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla aparılan danışıqlarda iki əsas məsələ - Zaporojye Atom Elektrik Stansiyasından (ZAES) istifadə və Ukrayna ərazilərində güzəştlə bağlı ortaq məxrəcə gələ bilmədiklərini açıqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İki məsələ razılaşdırılmamış qalır. ZAES və onun necə fəaliyyət göstərəcəyi, və ərazi məsələsi. Bu 20 bəndlik sənəddə (razılaşdırılmamış) yeganə müddəalardır. Mən məhz ona görə dedim ki, biz 90 faiz razılığa gəlmişik. İki bənd üzrə isə razılaşma yoxdur”,- deyə Zelenski bildirib.

Təhlükəsizlik zəmanətlərinə gəlincə Zelenski, bu məsələnin tamamilə razılaşdırıldığını, lakin belə bir zəmanətin nə qədər müddətə veriləcəyinin həll olunmamış qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ABŞ 15 il təklif edir, rəsmi Kiyev isə daha uzun müddətli zəmanətin verilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti