Bakı. Trend:
Avropa Komissiyası (AK) sualtı kabel xətlərinin təhlükəsizliyinin təmin olunmasına 347 milyon avro ayırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Avropa Komissiyası dəniz kabelləri ilə bağlı strateji layihələrə, o cümlədən onların təmiri imkanlarının artırılması məqsədilə 20 milyon avro dəyərində tenderə ümumilikdə 347 milyon avro vəsait ayırıb”, – AK-nın mətbuat xidməti bildirib.
Qeyd olunub ki, bu tədbirlər “Avropa İttifaqının sualtı rabitə infrastrukturuna aid riskləri azaldacaq”.
AK-da yeni təmir vasitələrinin alınmasından başqa, bu vəsait hesabına hansı konkret layihələrin maliyyələşdiriləcəyi açıqlanmayıb.
