Bakı. Trend:
Avropa Komissarı Dan Yorqensen ötən həftə Əlcəzairdə karbohidrogen enerjisi istehsalına investisiya qoyuluşunu müzakirə edib.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının mətbuat katibi Anna-Kaysa İtkonen jurnalistlərə açıqlamasında təsdiqləyib.
"Növbəti illərdə sənayemizin hələ də qaza ehtiyacı olacaq. Bu, bir faktdır və biz təchizatlarımızı şaxələndirmək səylərimizdə bunu nəzərə alırıq. Əlcəzair ən vacib tərəfdaşlarımızdan biridir", - deyə o bildirib.
Mətbuat katibi Avropa Komissarı Yorgensenin Əlcəzairə səfəri zamanı "siyasi razılaşmalar əldə edildiyini" deyib. Aİ nümayəndəsi bildirib ki, təfərrüatlara gəldikdə isə: xərc, vaxt və cədvəl - bütün bunlar hazırda Avropa Komissiyasının mütəxəssisləri və onların Əlcəzairli həmkarları tərəfindən hazırlanır.