...

ABŞ-dəki Sülh Şurasının iclasında Avropa Komissiyasının üzvü iştirak edəcək

Dünya xəbərləri Materials 17 Fevral 2026 05:27 (UTC +04:00)

Bakı. Trend:

Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuytsa Vaşinqtona gedəcək və orada Qəzza zolağı üzrə Sülh Şurasının iclasında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Qiyom Mersye deyib.

"Avropa Komissiyası və mən bu məqamı vurğulayıram ki, bu Sülh Şurasının üzvü olmur. Biz görüşdə Qəzzada davamlı sülhə nail olmaq səylərimizin çərçibəsində və müharibədən sonrakı Zolağın yenidən qurulmasına dəstək vermək üçün beynəlxalq səylərin iştirakçıları kimi iştirak edirik", - deyə o bildirib.

O xatırladıb ki, Aİ Fələstin anklavının əhalisinə yardım göstərən ən böyük donordur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti