Karachaganak Petroleum Operating (KPO) beynəlxalq konsorsiumu bu il Xəzər boru kəməri konsorsiumu sisteminə qaz kondensatının satışını 10% artıraraq 7,7 mln tona çatdıracaq. BG Kazakhstan şirkətinin prezidenti Lyuis Efflekin Trend ə verdiyi məlumata görə, "hazırda XBK-na biz Qərb bazarlarına ixrac olunmaq üçün 7 mln tona yaxın sabitləşmiş karbohidrogenlər satırıq. Və bu ilin sonlarında biz ildə 7,7 mln. ton tədarük etməyi planlaşdırırıq".
O qeyd edib ki, layihənin gücünün genişləndirilməsi ilə yanaşı, yataqda yeni texnologiyaların tətbiqi ilə 16 quyunun qazılması üzrə proqram reallaşdırılır. Bundan əlavə, konsorsium 4 sabitləşdirmə xəttinin tikintisi imkanlarını və yataqdan çıxarılan xammalın kükrdsüzləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu xəttin işə salınması hesabına kompleksin karbohidrogen hasilatının işlənməsi gücü ildə 10,3 mln tona qədər arta bilər. "Biz artıq 2009-cu ildə bu layihəni tam işə salmağı planlaşdırırıq", - deyə Efflek bildirib.
KPO Qərbi Qazaxıstanda 1,2 mlrd ton maye karbohidrogen və 1,3 trln kubmetr qaz ehtiyatları olan Karaçaqanak neft və qaz kondensatı yatağında hasilatla məşğul olur. KPO-nun tərkibinə İtaliyanın Eni, Britaniyanın BG (32,5% iştirakla), Amerikanın Chevron (20%) və Rusiyanın "Lukoyl" (15%) şirkətləri daxildir. Bu barədə "İnterfaks" məlumat verib.