...

ABŞ Gürcüstan və Rusiyanı danışıqlar masası arxasına oturmağa çağırır

Dünya xəbərləri Materials 2 İyun 2006 17:48 (UTC +04:00)

ABŞ-ın Gürcüstandakı səfirliyi Gürcüstan və Rusiyanı danışıqlar masası arxasına oturaraq yaranmış vəziyyətdən çıxış yolunu tapmağa çağırıb.

"Biz Tsxinval regionundakı vəziyyət haqqında ətraflı məlumat almışıq. Gürcüstan Rusiya tərəfinin hərəkətlərindən narahatdır. Hər iki dövlət danışıqlar masası arxasına oturmalıdır. ABŞ münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir" - deyə ABŞ-ın Gürcüstandakı səfirinin müavini Mark Perri Gürücstan XİN-ində keçirilmiş görüşdən sonra jurnalistlərə bildirib.

Trend agentliyi "RİA Novosti"-yə istinadən xəbər verir ki, öz növbəsində Gürcüstanın münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri Giorgi Xaindrava qeyd edib ki, xarici diplomatlarla söhbət və onların dəstəyi Tsxinval regionu və Abxaziyada əlavə olaraq Rusiya hərbi kontigentinin yerləşdirilməsi ətrafındakı vəziyyətin yeganə nizamlanması yoludur.

"Bizim əlimizdə olan yeganə silah - beynəlxalq ictimaiyyətə Rusiya qüvvələrinin bu növ qanunsuz hərəkətlərlə Gürcüstanı sındıra biləcəyi təqdirdə, bu prosesin davam edəcəyini izah etməkdir. O zaman bu, təkcə Gürcüstanın deyil, bütün Avropa və dünyanın problemi olacaq" - deyə səfir AB, ATƏT, BMT və ABŞ səfirlərinin Gürcüstan XİN-indəki görüşündən sonra bəyan edib.

Xəbər lenti

Xəbər lenti